“Qaçqınkom” bizi köçürmür, hər an bu divar uşaqların üstünə uça bilər” – Fotolar (Açıqlama)

“Qaçqınkom” bizi köçürmür, hər an bu divar uşaqların üstünə uça bilər” – Fotolar (Açıqlama)

Ağcabədi rayonunun Hüsülü kəndində yaşayan, Xankəndi şəhərindən olan məcburi köçkün ailələri qəzalı vəziyyətdə olan evlərdə yaşadıqlarını bildirirlər.
Millətin Səsi.az xəbər verir ki,yeniavaz.com-a müraciət edən Nicat Məmmədov bildirib ki, 8 nəfərlik 2 ailə qəzalı vəziyyətdəki evdə yaşayır.
“Fövqəladə Hallar Nazirliyi gəlib baxıb, “qəzalı” rəyi verib, amma “Qaçqınkom” (Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi – red.) bizi köçürmür, sıfır hərəkətdir. Hər an bu divar uşaqların üstünə uça bilər”, – məcburi köçkün bildirib.

Share: