Temperatur 41 dərəcəyə qalxacaq – XƏBƏRDARLIQ

Temperatur 41 dərəcəyə qalxacaq – XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidmətindən həftəsonu ölkə ərazisində havanın temperaturunun 41 dərəcəyədək yüksələcəyi bildirilib.

Milletinsesi.az xəbər verir ki, qurumun məlumatına görə, Bakıda və Abşeron yarımadasında iyulun 25-26-da havanın maksimal temperaturunun 35-38, bəzi ərazilərdə isə 40 dərəcəyə yaxın isti olacağı gözlənilir.

Azərbaycanın bəzi rayonlarında da iyulun 25-29-da havanın maksimal temperaturunun 35-40, Mərkəzi Aran və Naxçıvan MR-nın bəzi yerlərində isə 41 dərəcəyədək yüksələcəyi gözlənilir

Share: