Qaçqınların Suriyaya qayıtması sürətlənəcək – Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsindəki suriyalı qaçqınların vətənlərinə qayıtmasından danışıb.

 

Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, Ərdoğan bu barədə Beynəlxalq Ombudsmanlar Konfransındakı çıxışı zamanı söz açıb.

 

O, Suriya ilə normallaşma prosesi davam etdikcə qaçqınlarının qayıdışının sürətlənəcəyini bəyan edib.

 

“Diplomatik cəhdlər meyvəsini verdikcə, Suriyaya geri dönüşdə saylar artacaq”, – deyə Türkiyə prezidenti bildirib.

Mənbə

Share: