“Qarabağ” türkiyəli hücumçu transfer edir

Türkiyənin “Samsunspor” klubunun futbolçusu Ahmet Saqat karyerasını Azərbaycanda davam etdirə bilər.

“Qarabağ” 27 yaşlı hücumçu üçün I Liqa təmsilçisinə təklif göndərib.

“Qarabağ”la yanaşı, Belçika təmsilçisi “Mexelen”in də türkiyəli forvardla maraqlandığı deyilir. Ağdam klubunun bu transferdə israrlı olduğu bildirilir.

Saqat ötən il “Menemenspor”dan “Samsunspor”a keçib. O, keçən mövsüm 29 oyunda doqquz qol vurub, üç məhsuldar ötürmə edib.

Mənbə: Ajansspor

Mənbə

Share: