“Qarabağ”dan azarkeşlərə sürpriz

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ” – “Lex” oyunundan əvvəl Tofiq Bəhramov adına Respublika Stadionunda Vətən müharibəsi qazilərinin iştirakı ilə konsert proqramı olacaq.

Milletinsesi.az Qol.az-a istinadən xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Klub görüşə gələcək azarkeşləri sürpriz gözlədiyini bildirib. Oyundan əvvəlki konsert proqramı 18:30-da başlayacaq.

Qeyd edək ki, “Qarabağ” – “Lex” oyunu iyulun 12-si saat 20:00-da start götürəcək. Komandalar arasında ilk matç “Lex”in 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Share: