“Qarabağ”ın rəqibi hücumçusunu icarəyə verib

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Fransanın “Nant” klubu futbolçusu Bric Ndilunu icarəyə verib.

“Report” Liqa 1 təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı hücumçu mövsümün sonunadək “Şole”nin formasını geyinəcək.

Fransalı forvard 2020-ci ildə əsas komandaya cəlb olunub.

Qeyd edək ki, “Qarabağ” qrup mərhələsinin II turunda Bakıda “Nant”ı 3:0 hesabı ilə məğlub edib. Komandalar arasında V tur oyunu oktyabrın 27-də Fransada olacaq.

Mənbə

Share: