“Qarabağ”ın yeni təklifi məni qane etmədi” – Emeqara

“Qarabağ”ın yeni təklifi məni qane etmədi” – Emeqara

“Qarabağ”ın futbolçusu İnnosent Emeqara Ağdam klubunun yeni müqavilə təklifini qəbul etməyib.

Qol.az-ın məlumatına görə, bu barədə o, “Blick”ə açıqlamasında deyib: “Yeni müqavilə təklifi məni qane etmədi. Görək, nə baş verir”.

30 yaşlı hücumçu “Qarabağ”la ölkə çempionu olması barədə də fikirlərini bildirib: “Çempionluq yaxşı hissdir. Bu sizdə özünəinamı artırır. Çempionluğu son turun oyunundan sonra qeyd edəcəyik”.

İ.Emeqara Bakı haqda danışıb: “Bakı Avropanın Dubayına bənzəyir. Yeni binalar tikilib, hər şey təmizdir, cinayət sıfırdır. Burda bir çox əcnəbi yaşayır. Mən mərkəzdə bir mənzildə tək qalıram”.

Qeyd edək ki, 2014/2015 mövsümündə də “Qarabağ”da çıxış edən Emeqara ötən yay Ağdam klubuna qayıdıb.

Share: