“Qazaxıstan ruslardan canını qurtarmaq istəyir…”

“Rusiyalılar, sizin dükanınız bağlanır…”

 

“Avrasiya İqtisadi İttifaqı üzv ölkələrinin vətəndaşları, o cümlədən rusiyalılar Qazaxıstanda 180 günlük dövr ərzində 90 gündən artıq qala bilməyəcək…”

 

“2022-ci ildə Qazaxıstana 5, 6 milyon xarici vətəndaş daxil olub, onlardan təxminən 3 milyonunu ruslar təşkil edib…”

 

Qazaxıstan hökuməti xaricilərin respublikaya giriş və çıxış qaydalarına dəyişiklik edib.

 

Yanvarın 26-da qüvvəyə minəcək yeni qaydalara əsasən, Avrasiya İqtisadi İttifaqı üzv ölkələrinin vətəndaşları, o cümlədən rusiyalılar Qazaxıstanda 180 günlük dövr ərzində 90 gündən artıq qala bilməz.

 

Moderator.az xəbər verir ki, bu barədə “Deutsche Welle” nəşri yazıb.

 

Ölkəyə giriş zamanı immiqrant tərəfindən icazə verilən müddətin aşılması müəyyən ediləcəyi təqdirdə, girişə icazədən imtina ediləcək. Yeni qaydalar müvəqqəti yaşayışa icazəsi olanlara şamil edilmir.

 

Dəyişikliklərdən öncə Qazaxıstana vizasız gələnlər üçün dövlət sərhədini keçən gündən 180 günlük məhdudiyyət olmayıb. Bunun sayəsində ölkədə qalma müddəti sona çatanda onun hüdudlarından kənara çıxıb yenidən qayıdaraq “sayğacı sıfırlamaq” mümkün olub.

 

İndi isə immiqrantlar vizasız respublika ərazisində sərhəddi keçəndən sonra 30 günədək, ümumilikdə, 180 təqvim günləri ərzində 90 gün qala biləcək.

 

Qeyd edək ki, 2022-ci ildə Qazaxıstana 5, 6 milyon xarici vətəndaş daxil olub. Respublika Miqrasiya Xidmətinin komitə sədrinin vəzifələrini icra edən Aslan Atalıkovun məlumatına görə, onlardan təxminən 3 milyonunu rusiyalılar təşkil edib.

 

Təkcə sentyabr ayında ölkəyə 406 min rusiyalı, əsasən, gənc yaşlarında olan kişilər təşkil edib. Həm də bunun çox hissəsi sentyabrın 21-də Rusiyada qismən səfərbərlik elan ediləndən sonra gəlib.

 

Rusiyalı hüquq müdafiəçisi Mark Feyqin Ukraynanın hərbi icmalçısı Aleksey Arestoviçlə söhbətində bəyan edib ki, Qazaxıstan hökumətinin qanuna etdiyi bu dəyişiklik “ruslardan canını qurtarmaq” məqsədini daşıyır.

 

“Ona görə ki, onlar səfərbərliyin elan edilməsi və milyonlarla rusların növbəti axınını gözləyir. Rusların sayı və keyfiyyətini onlar öz milli təhlükəsizliyinə təhdid hesab edir. Onlar qanunverici tədbirlər görməyə məcburdur”, – Atestoviç izah edib və Rusiya vətəndaşlarına müraciət edib:

 

“Əziz rusiyalılar, belə mövzu barədə düşünün, böyük dükanlardan biri üzünüzə bağlanır”, – o, deyib.

Mənbə

Share: