“Qazprom” rəhbəri Ərdoğanla “qaz qovşağı”nı müzakirə etdi

Rusiyanın “Qazprom” şirkətinin rəhbəri Aleksey Miller Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təbii qazla bağlı əməkdaşlıq məsələlərini müzakirə edib.

 

Modern.az xəbər verir ki, bu barərə şirkətin sosial media hesabında məlumat yayıb.

 

Tərəflər Rusiya qazının türkiyəli istehlakçılara tədarükünə dair məsələləri, eyni zamanda, Türkiyədə qaz qovşağının yaradılması perspektivini müzakirə ediblər. Danışıqlarda Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez də iştirak edib.

 

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin “Şimal axını” qaz boru kəmərlərindəki təxribatlardan sonra Türkiyədə qaz qovşağı yaratmağı təklif etmişdi. Bu qovşaq vasitəsilə Rusiya qaz tranzitini Şimal axınından Qara dəniz regionuna və Türkiyəyə daşıya bilər.

 

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan hesab edir ki, Avropa Rusiya qazını Türkiyə vasitəsilə ala bilər. Nazir Dönməz isə bildirib ki, Rusiya prezidentinin Türkiyədə təklif etdiyi qovşaq layihəsi çərçivəsində qazpaylama mərkəzi ölkənin Avropa hissəsi olan Frakiyada yerləşəcək.

Mənbə

Share: