“Qızıl top”un sahibi vəfat etdi

Əfsanəvi italiyalı oyunçu Paolo Rossi dünyasını dəyişib.

Qol.az “La Gazette dello Sport”a istinadən xəbər verir ki, dünya çempionu və “Qızıl top”un da qalibi olan keçmiş hücumçu 64 yaşında ağ ciyər xərçəngindən vəfat edib.

Rossi 1982-ci il keçirilən dünya çempionatında turnirin bombardiri adına yiyələnib. Həmin il “Qızıl top”a yiyələnən oyunçu Dünya kubokunun ən yaxşı futbolçusu seçilib. O, İtaliya millisinin heyətində ümumilikdə 48 matç keçirib və 20 qol vurub.

Qeyd edək ki, Rossi karyerası ərzində “Yuventus”, “Milan”, “Verona” kimi komandalarda da oynayıb.

Share: