Quba-Xınalıq yolu bağlandı

Quba-Xınalıq yolu qar uçqunu  nəticəsində bağlanıb.

Millətin Səsi.az xəbər verir ki, hadisə yolun 36-cı km-də qeydə alınıb. Nəticədə Xınalıq-Quba, həmçinin əks istiqamətdə hərəkətdə olan nəqliyyat vasitələrinin növbəsi yaranıb.

Yolun açılması üçün, 5 saylı Yol İstismar MMC-nin texnikası və canlı qüvvəsi əraziyə cəlb olunub.

Share: