Qubada istirahət mərkəzi yandı

Quba rayonunda istirahət mərkəzinin ərazisində yanğın baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

 

Quba rayonunun İkinci Nügədi kəndində istirahət mərkəzinin ərazisində ümumi sahəsi 400 m² (hər mərtəbəsi 100 m²) olan və tikintisi başa çatmayan dördmərtəbəli binanın 1-ci mərtəbəsində 100 m² sahəyə yığılan tikinti materialları yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mənbə

Share: