Quterreş taxıl müqaviləsini martın 18-dən sonra uzatmağa çağırıb

Taxıl sazişinin müddəti martın 18-dən sonra uzadılmalıdır.

Bu barədə BMT-nin Baş katibi Antoniu Quterreş Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə bildirib.

O qeyd edib ki, Rusiya və Ukraynadan gübrə və taxıl ixracı dünyanın ərzaq təhlükəsizliyi üçün əsas əhəmiyyət kəsb edir.

Quterreşin sözlərinə görə, taxıl müqaviləsi çərçivəsində Ukrayna limanlarından 23 milyon ton taxıl ixrac edilib.

Mənbə

Share: