Rahat Marketdə satılan “Pınar” kolbasası müzakirə yaratdı – Tarix niyə silinmiş görünür?

Rahat Marketdə satılan “Pınar” kolbasası müzakirə yaratdı – Tarix niyə silinmiş görünür?

Qida məhsullarının təhlükəsizliyi və üzərindəki məlumatların düzgünlüyü istehlakçıların ən həssas yanaşdığı məsələlərdən biridir.

Millətin Səsi.az Bizim.Media-ya istinadən xəbər verir ki,  vətəndaşın göndərdiyi fotoda Rahat marketdən aldığı Pınar firmasının “Aç Bitir” kolbasa məhsulunun üzərindəki istehsal tarixinin altında silinmiş başqa rəqəmlərin də izləri aydın seçilir.  Bu isə məhsulun istifadə müddətinin bitməsi və tarixinin sonradan dəyişdirilməsi ehtimalını yaradır.  Məsələ ilə bağlı Rahat Marketlər şəbəkəsinin mətbuat xidməti ilə əlaqə saxlanılıb.

Qurumdan verilən açıqlamada məhsulun istifadə müddətinin bitməsi iddiası təkzib olundu.

Bizi Instagramda izləyin<<

Qeyd olundu ki, bu, əslində digər məhsulun qablaşdırılmasındakı yazıların əks olunmasıdır və daşınma prosesi zamanı yaranır:

“Mallar daşınan zaman məhsullar üst-üstə yığılır. Kolbasa məhsulları da soyuducuda saxlanılan qida növlərindəndir. Tərləyən kimi yazıların mürəkkəbi digər kağızlara keçir. Başqa sözlə, bir-birinə yapışır. Narahatlığa əsas yoxdur.”

Verilən açıqlama şübhə yaratdığı üçün məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) cavab olaraq  bildirildi ki, məsələ qısa müddət ərzində araşdırılacaq və nəticə barədə məlumat veriləcək.

Share: