![](https://milletinsesi.az/wp-content/uploads/2020/06/131851.jpg)
“Real” futbolçusu Xavi Sançeslə yolları ayırıb.
Qol.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 23 yaşlı müdafiəçi ilə iyunun 30-u başa çatacaq müqavilənin müddəti uzadılmayıb. Onun azad agent kimi 2019/2020 mövsümündə icarə əsasında çıxış etdiyi “Valyadolid”ə keçdiyi bildirilib.
Qeyd edək ki, Sançes “Real”ın əsas komandasında ümumilikdə 5 oyunda 1 qol vurub.