“Real” və “Çelsi” əfsanələrinin oyununda 9 qol

“Real” və “Çelsi” klubunun keçmiş futbolçuları arasında yoldaşlıq oyunu keçirilib.

Qol.az xəbər verir ki, “Santyaqo Bernabeu” stadionunda təşkil olunan qarşılaşmada “madridlilər” 5:4 hesablı qələbə qazanıb.

“Real”ın heyətində Raul Qonsales (2), Fernando Moryentes (2) və Kristian Karambö, “Çelsi” də isə Andrey Şevçenko, Qustavo Poyet, Vilyam Qallas və Floran Maluda fərqlənib.

Share: