Ron Desantis Bayden və Trampla ABŞ-da prezident seçkilərində mübarizə apara bilər

“Floridanın qibernatoru rəqibini 20 faiz üstələyərək tarixdə ilk dəfə respublikaçılardan namizədlər arasında ən çox səs toplayıb…”

 

“Tramp Desantisi “orta səviyyəli” siyasətçi adlandırıb və namizədliyini verməmək üçün onu təhdid edib…”

 

Desantis aralıq seçkilərində Trampa zərbə vurub

 

Amerika mətbuatında Florida ştatının qubernatoru Ron Desantisin şəxsiyyəti fəal şəkildə müzakirə edilir. O, ştatın rəhbəri seçkilərində parlaq qələbə qazanıb və ABŞ-ın indiki və sabiq prezidentlərinin başlıca rəqibi ola bilər.

 

Moderator.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın “The Economist” nəşri yazıb.

 

Respublikaçılarda, hər halda Floridada onun haqqında Donald Trampa nisbətən daha xoş təəssürat yaranıb.

 

Noyabrın 8-də kimsə lotereya mükafatları tarixində ilk dəfə olaraq “Powerball”da iki milyard dollar udub. Elə həmin gün Florida qubernatoru Ron Desantis başqa bir cekpot udub. O, 20 faiz üstünlüklə seçilərək müasir tarixdə respublikaçılardan Floridanın qubernatoru postuna namizədlər arasında ən çox səs toplayıb. Bu nəticə 2018-ci ildə öz rəqibini Donald Trampın dəstəyi sayəsində cəmi 0, 4 faiz geridə qoyan Desantislə müqayisədə heyrətamiz irəliləyişdir.

 

Desantis 20 il ərzində ilk dəfə olaraq əsasən Latın Amerika əhalisindən ibarət olan Mayyami-Deyd dairəsini fəth edən respublikaçı qubernatordur. İndi gələcək perspektivə köklənmək lazım gəlir: “Daha iki il!”, – qələbə mitinqində tərəfdarları bu  sözlərlə ona 2024-cü ildə Ağ evə sahiblik uğrunda seçkilərdə öz namizədliyini irəli sürməyə çağırış edib. 

Desantis gülümsəyib. 

 

Əgər Tramp 2024-cü ildə prezident postuna yenidən namizədliyini irəli sürərsə, o, respublikaçılar praymerizində Desantislə üzləşə bilər. Bəs onlardan hansı favoritlər sırasındadır?

 

Hər halda Florida sakinləri arasında Desantis üstündür. Hələ aralıq seşkilərindən öncə “Data for Progress” analitik mərkəzi ştatda ehtimal edilən respublikaçı seçicilər arasında sorğu keçirib. Onların 44 faizi ona səs verəcəyini bəyan edib. 42 faizi Trampı dəstəkləyib. Yalnız 60 faiz Tramp haqqında “çox müsbət” fikirdədir, 87 faiz Desantisə ən yüksək qiymət verib.

 

Sorğu Florida ilə məhdudlaşıb. Tarixən Florida prezident seçkilərində mühüm tərəddüd edən ştat olmasına rəğmən, 2024-cü ildə respublikaçılardan namizədin seçilməsi, əsasən, Ayyova və Nyu-Hempşirdə əsas elektoratdan asılı olacaq. 

 

Bununla yanaşı, cəmi iki il öncəTrampın qalib gəldiyi və üstəlik də yaşadığı ştatda Desantisin nisbi populyarlığı heyrət doğurur. Sabiq prezident noyabrın 10-da əsəbi çıxışında Desantisi “orta səviyyəli” siyasətçi adlandırıb, 2017-ci ildə ilk seçki kampaniyasında “məyus vəziyyətdə” olduğunu, sonra Tramp gələndən sonra vəziyyəti düzəldiyini bəyan edib. O, Desantisi “oyun oynamaqda” ittiham edib, axı, o, prezident ambisiyalarını gizlətməyib və onu namizədliyini verməmək üçün təhdid edib. 

 

Respublikaçıların çoxu razı deyil. Mühafizəkar “The New York Post” qəzeti 2020-ci ildə Trampa dəstək olub, Desantisi yenidən seçiləndən sonra partiyanın “DeFUTURE” – si (De-siyasətçinin soyadının hissəsidir, “de” sözönü isə inkar deməkdir, “future” gələcək mənasındadır) adlandırıb.

 

Desantis özünü Trampa bənzədir, lakin bunu hər hansı reputasiyası olmadan edir. COVİD-19 pandemiyası zamanı o, mütləq maska gəzdirmək və peyvənd olunmaqdan imtina etməklə diqqəti cəlb edib. O da Tramp kimi populistdir, KİV-ləri tənqid edir, məktəblərdə cinsi tərbiyə və gender identikliyi dərsləri ilə mədəni savaş aparır. 

 

Lakin Trampdan fərqli olaraq o, seçkiləri inkar etməyib. “Floridanı azad saxlayaq!”-onun seçki kampaniyasında şüarı bu olub. Lakin onun Trampla rəqabəti, çətin ki, dramasız ötüşsün.

Mənbə

Share: