Rus səfir İtaliya XİN-ə çağrıldı

Rusiyanın Romadakı səfiri Sergey Razov İtaliyanın Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiyanın İtaliyadakı Səfirliyi məlumat yayıb.

 

Səfirlikdən bildirilib ki, nəticələr əsasında şərh hazırlanacaq.

 

Qeyd edək ki, sentyabrın 23-27-də Ukraynanın Rusiya işğalı altında olan Donetsk, Luqansk və Zaporojye vilayətlərində “referendum” keçirilib. Elan olunan nəticələrə görə “referendum”da iştirak edənlərin böyük əksəriyyəti həmin vilayətlərin Rusiyaya birləşdirilməsini dəstəkləyib.

 

Rəsmi Kiyev, beynəlxalq təşkilatlar və dünyanın heç bir ölkəsi “referendum”ların nəticəsini tanımayıb. Sentyabrın 30-da Rusiya Prezidenti Vladimir Putin Zaporojye və Xerson vilayətlərinin “suverenliyi”nin və “müstəqilliyi”nin tanınması haqqında fərman imzalayıb.

 

İtaliya dörd yeni bölgənin Rusiyaya daxil olmasını qətiyyətlə pisləyib və Ukraynanın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinə dəstək elan edib.

(Report)

Mənbə

Share: