“Rusiyadan həbsimə bir saat qalmış getmişəm, məndən bunu oğlum Dmitri xahiş edib…”

“KTMT ölüb, Ukraynadan ona əklillər və matəm yazısı göndərin: “Səmimi qəlbdən sevinirəm və təəssüf edirəm ki, bu, erkən baş verməyib…”

 

“Ermənistan bundan sonra Rusiya ilə birgə olmayacaq…”

 

Moderator.az xəbər verir ki, bu barədə “QORDON” internet nəşrinin baş redaktoru Alesa Batsmana müsahibəsində rusiyalı müxalif siyasətçi, Rusiya FTX-nın istefada olan polkovniki, 2019-cu ildə Rusiyanı tərk etmiş Gennadi Qudkov deyib. 

 

“Mən Moskva Dövlət Dumasına deputatlığa namizədliyimi vermək kimi ehtiyatsızlıq etmişəm. Hamını həbs ediblər. Heç kimi buraxmayıblar. Mən isə həbsimdən bir saat öncə çıxıb getmişəm. Öz böyük oğlum Dmitrinin sayəsində. O, mənə saat 7:00-da getməyi xahiş edib, nəsə hiss edib. Saat 8:00-da mənim arxamca gələndə, artıq mən yox idim”.

 

O, qeyd edib ki, burada başlıca rolu “köhnə məktəb, təcrübə və istedad deyil”, onun oğlu oynayıb.

 

“Onun siyasi intuisiyası üstün gəlib. O, anlayıb ki, hər iki Qudkovu həbs etmək istəyirlər. O, mənə deyib: “Bura bax, ikimizdən birimiz azadlıqda olmalıyıq. Mən cavanam, sən get, mənə kömək edərsən”. O, şüurlu surətdə həbsxanaya gedib.

 

Daha sonra Qudkov KTMT-dən danışıb. Jurnalist ondan soruşub ki, “Rusiya KTMT üzvlərini Ukraynaya cəlb etməyə cəhd göstərəcəkmi?”

O, belə cavab verib:

 

“Yox, KTMT ölüb. Ukryanadan əklillər, güllər və matəm lentlərini göndərin. Yaxşı dəfn mərasimi olacaq. KTMT çoxdan ölüb və dəfn olunmalıdır. Belarus de-fakto ilhaq edilib. Qazaxstan Putin üçün xoşagəlməz olan bir yerini göstərib”, – Qudkov cavab verib.

 

O, hesab edir ki, bu təşkilatın üzvü olan Ermənistan ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin İrəvana səfərindən sonra “Rusiya ilə birgə olmayacaq”. 

 

“Mən çox istərdim ki, amerikalılar Ermənistanın demokratik ölkələrin sivil birliyinə keçməsi üçün ona təhlükəsizlik zəmanətləri versin. Yəni NATO və ABŞ-ı nəzərdə tuturam. KTMT isə ölüb. Lentlər, güllər və matəm yazıları göndərin. Təxminən belə məzmunda: “Səmimi qəlbdən sevinirəm və təəssüf edirəm ki, bu, erkən baş verməyib”, – Qudkov deyib.

 

Kontekst:

 

Gennadi Qudkov 2001-2012-ci illərdə Rusiya Dövlət Dumasının deputatı olub (əvvəlcə “Xalq partiyası”, daha sonra “Ədalətli Rusiya” partiyalarından).

 

2012-ci ildə Qudkova “qanunsuz kommersiya fəəliyyəti və pulların xaricdə yuyulması” ittihamı irəli sürülərək deputat mandatından məhrum edilib.

 

Hazırda Qudkov Bolqarstanda yaşayır.

 

O, Rusuya rəhbərliyini tənqid edir və müxalif aksiyalarda işrirak edir. 

 

2021-ci ildə Qutkova qarşı Moskvadakı mənzilində patronların tapılması səbəbindən cinayət işi açılıb.

 

Siyasətçi özü isə bəyan edir ki, bu patronlar ona mükafat qaydasında verilmiş tapançanın patronlarıdır.

 

Dmirti Qudkov 2021-ci ilin yayında tərk edərək Ukraynaya gedib.

Mənbə

Share: