“Rusiya 45 milyonluq Ukrayna xalqını məhv etmək məqsədini güdür…”

“Rusiyanın yeni miqyaslı hücumuna gerçək təhlükə mövcuddur…”

 

Reznikov və Kuleba təcili bəyanatla çıxış edib…

 

“Rusiyanın Ukraynaya qarşı cinayətkar təcavüzü beynəlxalq birliyə misli görünməyən meydan oxumaqdır…”

 

“Ukrayna xalqı özünün igidliyi, dözümü, uğurlu hücum əməliyyatları ilə təcavüzkar dövləti dayandırmaq qabiliyyətini inamla sübut edib…”

 

“Rusiya qoşunların, silahların və hərbi texnikanın sayında xeyli üstünlüyə malikdir…”

 

“Biz Ukraynanın müdafiə qabiliyyətinin möhkəmlənməsini gücləndirməyə və hərbi yardımı keyfiyyətçə yeni mərhələyə qaldırmağa çağırış edirik…”

 

“Biz Ukraynaya dəstək üçün beynəlxalq tank koalisiyasının yaradılması təşəbbüsünə qoşulmağa çağırış edirik…”

 

“Biz bunları Ukrayna sakinləri, planetin bütün sakinləri, sivilizasiyamızın sülh, azadlıq və demokratiya dəyərlərinin təntənəsi naminə etməyə çağırırıq…”

 

Ukraynanın müdafiə naziri Aleksey Reznikov və xarici işlər naziri Dmitri Kuleba Qərb müttəfiqlərinə Rusiyanın yeni miqyaslı hücumu təhlükəsi fonunda Ukraynaya “Leopard-2” tanklarının təxirə salınmadan verilməsinə çağırış edib.

 

Moderator.az xəbər verir ki, birgə bəyanat Ukrayna müdafiə nazirıiyi tərəfindən yanvarın 19-da açıqlanıb. Məlumatı ” QORDON” internet nəşri yayıb.

 

Bəyanatın tam mətninin tərcüməsini təqdim edirik:

 

“Rusiyanın Ukraynaya qarşı təxminən bir il davam edən cinayətkar təcavüzü beynəlxalq təhlükəsizlik üçün ən ciddi təhlükə olaraq qalır və İkinci dünya savaşı zamanından beynəlxalq birliyə misli görünməyən meydan oxumaqdır.

 

Bu müharibə Avroatlantika birliyi üçün, o cümlədən Rusiyanın Avropanın təhlükəsizlik nizamının pozulması və demokratiyanın ictimai həyatın təşkili forması kimi həyatı qabiliyyətinin şübhə altına almaq kimi gizlin olmayan məqsədlərini nəzərə alınmaqla xüsusi təhlükə törədir.

 

Qlobal ərzaq böhranını törətməklə və beynəkxalq ticarəti çətinləşdirməklə, Rusiyanın təcavüzü Afrika, Asiya və digər qitələrinin bir çox dövlətlərini fövqəladə dərəcədə mürəkkəb vəziyyətə salıb.

 

Rusiya Ukraynaya münasibətdə öz məqsədlərini dəyişməyib,  bu məqsədlər Avropanın ən böyük dövlətlərindən birinin və 45 milyonluq Ukrayna xalqının məhv edilməsindən ibarətdir. Rusiyanın təcavüzü çoxsaylı hərbi cinayətlər və insanlığa qarşı cinayətlərlə, o cümlədən mülki əhalinin şüurlu surətdə qətlləri, dinc Ukrayna şəhərlərinin güclü raket atəşlərinə məruz qoyulması, mülki infrastrukturunun məqsədyönlü şəkildə məhv edilməsi ilə müşayiət edilir.

 

Özünün qəhrəmancasına müqaviməti və uğurlu hücum əməliyyatları ilə Ukrayna təcavüzkar dövləti dayandırmaq qabiliyyətimi inamla sübut edib. Ukrayna xalqının igidliyi və dözümü, Ukrayna Silahlı Qüvvələrinin qəhrəmanlığı və peşəkarığı sayəsində dünya anlayır ki, Ukraynanın müdafiə qabiliyyəti nə qədər möhkəm olarsa, Rusiya dövlətimizi fəth etmək cəhdlərinin əbəs olduğuna bir o qədər əmin olacaq və Avropanın ürəyində bu qəddar müharibəyə tezliklə son qoyulacaq.

 

Bu günədək Ukraynanın müdafiə potensialının möhkəmlənməsi üçün çox şey edilib. Dövlətimiz 50-dən çox tərəfdaş dövlətlərə praktiki hərbi yardıma görə minnətdardır.

 

Lakin Rusiya qoşunların, silahların və hərbi texnikanın sayında xeyli üstünlüyünü saxlayır. Rusiya qoşunları Ukraynanın şərqində hücum əməliyyatlarını davam etdirir.

 

Kreml döyüş əməliyyatlarının bundan sonra da fəallaşdırılmasına köklənib. Rusiyanın Ukraynaya qarşı müharibədə uğursuzluqlarına görə revanş cəhdləri, o cümlədən Rusiya qüvvələrinin yeni tammiqyaslı hücumu təhlükəsi çox realdır.

 

Məhz buna görə də bizə artıq hərbi yardım göstərmiş və ya göstərməyi planlaşdıran tərəfdaş dövlətlərə müraciət edərək, Ukraynanın müdafiə qabiliyyətinin möhkəmlənməsinə öz  praktiki tövhəsini əhəmiyyətli dərəcədə gücləndirməyə, bu yardımı keyfiyyətcə yeni mərhələyə çıxarmağa çağırış edirik.

 

Bu gün Ukrayna Silahlı Qüvvələrinin xüsusilə kəskin və təxirəsalınmaz tələbatlarından biri müasir zirehli texnika ilə təchiz edilməsinin yaxşılaşdırılması və onların atəş və manevr etmək qabiliyyətinin Qərb istehsalı olan tankların köməyilə gücləndirilməsidir.

 

Biz Böyük Britaniyanın Ukraynaya “Çellencer-2” tanklarının ilk eskadronunun verilməsi barədə cəsarətli və vaxtında verdiyi qərarı alqışlayırıq. Lakin operativ məqsədlərə nail olmaq üçün bunlar kifayət deyil. Ona görə də biz silahlanmasında “Leopard-2” tankları olan dövlətlərə, o cümlədən Yunanıstan, Danimarka, İspaniya, Kanada, Niderland, Almaniya, Norveç, Polşa, Portuqaliya, Türkiyə, Finlandiya, İsveçə müraciət edirik. Biz bu silahdan məsuliyyətlə və istisnasız olaraq Ukraynanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünün müdafiəsi üçün istifadə edəcəyimizə zəmanət veririk.

 

Biz bu və imkanları olan bütün dövlətlərə müraciət edərək, Ukraynaya dəstək üçün beynəlxalq tank koalisiyasının yaradılması təşəbbüsünə qoşulmağa və bu təşəbbüsə öz praktiki tövhəsini verməyə çağırırıq.

 

Biz bunu Ukraynanın milyonlarla dinc sakinlərini naminə edirik, çünki Ukrayna Silahlı Qüvvələri vaxtında lazımınca gücləndirilməsə, təcavüzkar və terrorçu dövlət olan Rusiya tərəfindən onları ölüm təhlükəsi gözləyə bilər.

 

Biz bunu sizin vətəndaşlarınız naminə etməyə çağırırıq, onlar terrorçu dövlətin törətdiyi cinayətlərinin onların torpağına və evlərinə gəlməməsi üçün onu dayandırmağı tələb edir.

 

Biz bunu planetimizdə hər bir xalqın öz torpağında sahib çıxmaq hüququnun təsdiq edilməsi naminə, sivilizasiyamızın sülh, azadlıq və demokratiya kimi dəyərlərin təntənəsi naminə etməyə çağırırıq.

Mənbə

Share: