Rusiya ilə sərhəd-keçid məntəqələrində növbələrin həll edilməsi müzakirə edilib

Rusiya ilə sərhəd-keçid məntəqələrində yük nəqliyyat vasitələri səbəbindən yaranan növbələrin vaxtında və operativ həll üzrə birgə addımların atılması müzakirə edilib.

Bu barədə Azərbaycanda səfərdə olan Rusiyanın Dağıstan Hökumətinin sədri Abdulmuslim Abdulmuslimov ilə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev arasında keçirilmiş görüşdə qeyd edilib.

Görüşdə dəmir yolu və avtomobil nəqliyyatı ilə yük daşımaların həyata keçirilməsi, nəqliyyat infrastrukturunun və sərhəd-keçid məntəqələrinin təkmilləşdirilməsi, hava nəqliyyatı sahəsində əməkdaşlıq müzakirə olunub.

Xatırladaq ki, Rusiyanın Dağıstan Hökumətinin sədri Abdulmuslim Abdulmuslimovun Azərbaycana səfəri dünən başlayıb. Səfər zamanı Rusiya rəsmisi Azərbaycan hökumətinin nümayəndələri ilə görüşüb.

Mənbə

Share: