
Ukraynanın Britaniyadakı səfiri Vadim Pristayko bildirib ki, ukraynalılar Rusiya ilə son vətəndaşa qədər döyüşməyə hazırdırlar.
Modern.az “Strana” nəşrinə istinadən xəbər verir ki, onun sözlərinə görə, Ukraynada 1 milyon insan səfərbər edilib.
“Bizim qərarımız ondan ibarətdir ki, ruslar torpaqlarımızı tərk etməlidir”, – səfir bildirib.
“Bizim insanlarımız daha yaxşı təlim keçəcək, daha yaxşı təchiz olunacaq və Qırmızı Ordudan daha yaxşı kəşfiyyatla işləyəcəklər. Onlar çox daha çevik döyüş qüvvəsi olacaqlar”, – deyə diplomat əlavə edib.


