Rusiya İran və ABŞ-a zənginləşdirilmiş uranla bağlı danışıqlar zamanı əldə edilə biləcək qərarların həyata keçirilməsində kömək etməyə tam hazırdır.
Millətin Səsi.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib:
“Rusiyanın İranın Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləyə uyğun olaraq dinc nüvə proqramını inkişaf etdirmək üçün ayrılmaz hüququna dair prinsipial mövqeyini bir daha qeyd etmək istərdim. Bu hüququn necə həyata keçiriləcəyinə, o cümlədən uranın zənginləşdirilməsi və sərəncamında olan nüvə materialı kontekstində yalnız İran xalqı qərar verə bilər”.
“Rusiya danışıqlar zamanı əldə oluna biləcək qərarların yerinə yetirilməsi üçün Tehran və Vaşinqtona lazımi yardımı göstərməyə tam hazırdır”, o əlavə edib.
Zaxarova deyib ki, bu məsələ yalnız siyasi və diplomatik yollarla, beynəlxalq hüquqa əsaslanaraq və İranın maraqlarını nəzərə alaraq həll edilə bilər. “Mən başa düşürəm ki, siz bu danışıqlar proseslərinin təfərrüatları ilə maraqlanırsınız, lakin bu məlumat hələlik bağlı qapılar arxasındadır”, – o qeyd edib.


