“Rusiya İrana Su-35 qırıcılarının bütöv eskadrilyasını verəcək”

“İranın Rusiyaya yardımı ayətüllah rejiminin strateji yanlışlığıdır…”

“Ağ evin səbri daşacaq və Birləşmiş Ştatlar İran ərazisində hərəkətə keçəcək…”

Moskvanın Tehrana İrandan PUA-ların tədarükünü nə ilə ödəyəcəyi bəlli olub.

Qərb kəşfiyyatı nümayəndələri hesab edir ki, Rusiya İslam Respublikasına Su-35 qırıcılarının bütöv eskadrilyasını verəcək.

Milletinsesi.az xəbər verir ki, bu barədə “mignews” saytı məlumat yayıb.

Söhbət ilkin olaraq Misir üçün nəzərdə tutulan 24 təyyarədən gedir. Lakin Şimali Afrikanın bu ölkəsi ABŞ-ın təzyiqi altında Su-35-lərin tədarükündən imtina etməli olub.

Rusiya bu təyyarələrin alıcılarını axtarıb. Görünür, Moskva onları İrana vermək qərarına gəlib.

Bu təyyarələr hazır olduğundan Tehran onları yaxın zamanlarda ala biləcək. İran pilotları artıq Su-35-də uçmağı məşq edir.

Moskva və Tehran arasında hərbi-texniki əməkdaşlığın genişləndirilməsi haqqında Qərbin dövlət xadimləri əvvəlcədən xəbərdar edib.

Bəzi analitiklər İranın Rusiyaya yardımını ayətüllah rejiminin steateji yanlışlığı hesab edir.

İran silahının Moskvaya tədarükü Vaşinqtonu nüvə sazişinin pozulmasından daha çox qıcıqlandırır.

Mümkündür ki, Ağ evin səbri daşacaq və Birləşmiş Ştatlar İran ərazisində hərəkətə keçəcək.

Buna o cümlədən rəsmi Kiyev çağırış edir. Ukrayna prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak İranın dron istehsal edən zavodlarını məhv etməyə və PUA-ları tədarük edənləri həbs etməyə çağırış edib.

Hal-hazıra kimi İran Rusiyaya Ukraynada müharibə üçün 1700 kamikadze-dronlar tədarük edib.

Onlardan 250 ədədi son bir neçə gündə əldə edilib və daha 300 ədədi yaxın zamanlarda veriləcək.

Bundan başqa, İran Rusiya ordusuna “Yer-Yer” sinfindən olan raketlər verəcək, əvəzində hava hücumundan müdafiə sistemləri alacaq.

Onlar İsrailin mümkün hücumu qarşısında qorxu ucbatından istismara veriləcək.

Mənbə

Share: