Rusiya kamikadze dronlarının istehsalını planlaşdırır

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Rusiyanın hərbi sənaye sahəsindəki yeni planları barədə danışıb.

 

Modern.az  “Meduza”ya istinadən xəbər verir ki, o, Rusiyanın öz ərazisində kamikadze dronları istehsal etməyi planlaşdırdığını açıqlayıb.

 

Aleksey Danilovun sözlərinə görə, Samara vilayətinin Tolyatti şəhərində istehsala başlanılması nəzərdə tutulub. 

 

Daha əvvəl – ötən ilin noyabrında isə “The Washington Post” qəzeti ABŞ və digər Qərb ölkələrinin kəşfiyyat orqanlarındakı mənbələrə istinadən Rusiyanın öz ərazisində kamikadze dronları istehsalına başlayacağını yazmışdı.

Mənbə

Share: