Seneqalda iki avtobus toqquşub, 40 nəfər ölüb, 70-dən çox insan yaralanıb

Seneqalda iki avtobusun toqquşması nəticəsində 40 nəfər ölüb, 70-dən çox insan yaralanıb.

 

Bu barədə “Senenews” məlumat yayıb.

 

Qəza Dakardan 250 km cənub-şərqdə, Kafrin bölgəsində baş verib. Seneqalın paytaxtından gələn avtobus Keduqudan gələn digər avtobusla toqquşub.

 

Hadisənin ilkin səbəbi kimi avtobuslardan birinin təkərlərinin zədələnməsi, daha sonra qarşıdan gələn zolağa çıxaraq digər avtobusla toqquşması göstərilir.

 

Qəza ilə əlaqədar yanvarın 9-dan etibarən üç günlük milli matəm elan edilib.

 

Mənbə

Share: