Rusiya sahillərində ZƏLZƏLƏ 

Rusiya sahillərində ZƏLZƏLƏ 

Kuril adaları yaxınlığında 5,1 bal gücündə zəlzələ baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.

 

Məlumata görə, təkanların episentri Şikotan adasının 39 km cənub-qərb hissəsində dənizdə olub. Zəlzələ ocağı 41 km dərinlikdə yerləşib.

 

Bildirilir ki, zəlzələ zamanı Şikotan və Kunaşir adalarındakı yaşayış məntəqələrinin sakinləri 4 bal gücündə yeraltı təkanlar hiss ediblər.

Mənbə

Share: