“Rusiya Ukraynada kimyəvi silah tətbiq edə bilər”

“Rusiya Ukraynada döyüş meydanında mövqelərini itirməkdə davam edərsə, kimyəvi silahdan istifadə edə bilər…”

 

“Bəzi kimyəvi maddələr aerozola çevrilə bilər və ya döyüş sursatlarında istifadə edilə bilər ki, daha çox insanlara zərər vurulsun…”

 

“Rusiya və şəxsən Putin rəsmən Rusiyanın kimyəvi silahının tam məhv edilməsini bəyan edir…”

 

Amerikalı məmurların sözlərinə görə, kimyəvi silahdan istifadə edilməsi təhlükəsi Bayden administrasiyası tərəfindən ciddi qəbul edilir. ABŞ prezidenti Co Bayden administrasiyasının nümayəndələri hesab edir ki, Rusiya prezidenti Vladimir Putin NATO ilə nüvə qarşıdurmasından öncə, onun qoşunlarının Ukraynanın döyüş meydanında mövqelərini itirməkdə davam edəcəyi təqdirdə, əvvəlcə kimyəvi silahdan istifadə edə bilər.

 

Moderator.az xəbər verir ki, bu barədə Amerikanın “Politico” nəşri məlumat verib.

 

Məlumata görə, narahatlıq Bayden administrasiyasının müttəfiqlərini hadisələrin belə inkişafına hazırlığını təmin etmək, habelə kimyəvi maddələrin tətbiq ediləcəyi təqdirdə aşkaretmə sistemlərinin istehsalına yeni resurslar və investisiyalar cəlb etmək cəhdləri fonunda yaranıb.

 

Lakin Birləşmiş Ştatlar Ukraynada belə hücumun mümkünlüyünün qaçılmaz olduğunu güman etmək üçün hər hansı kəşfiyyat məlumatlarına malik deyil. Faktiki olaraq ABŞ müdafiə nazirliyinin bir çox məmurları hesab edir ki, döyüş əməliyyatları qış ayları ərzində dayanacaq, tərəflərdən heç biri bir çox mövqeləri əldə edə bilməyəcək.

 

“Lakin döyüş meydanında itkilər artmaqda davam edərsə və ya Rusiya ordusu tamamilə dağılarsa, bəzi yüksək vəzifəli məmurlar bu məsələnin üzərində işləyərək bu nəticəyə gəlib ki, Moskva kimyəvi silahın, o cümlədən Baş Kəşfiyyat İdarəsinin sabiq agenti Sergey Skripalın və Aleksey Navalnının zəhərlənməsi ilə əlaqələndirilən silahın tətbiqinə əl ata bilər.

 

Məmurların birinin sözlərinə görə, belə hücum asanlıqla gizlətmək mümkün olan kimyəvi maddələrlə əlaqəli ola bilər ki, bu da Qərb ölkələrinə Moskvanın ünvanına ittihamlar irəli sürməyə çətinlik yaradar.

 

Bəzi kimyəvi maddələr kütləvi qurbanlarla nəticələnən hücum üçün istifadə edilə bilər, hərçənd, bəllidir ki, Moskva “Noviçok” sinir-ifliç maddəsindən bir-iki nəfərə qarşı istifadə edib, məmurlar və ekspertlər qeyd edib. Məsələn, bəzi kimyəvi maddələri aerozola çevrilə və ya döyüş sursatlarında istifadə edilə bilər ki, daha çox insanlara zərər vurulsun.

 

Qeyd edilir ki, ABŞ-a artıq çoxdan bəllidir ki, Rusiya öz kimyəvi silah potensialının artırılmasına investisiya ayırır. ABŞ konqresmeni köməkçisinin sözlərinə görə, payızda senatorlar Rusiyanın kimyəvi silah ehtiyatları və Ukraynada təhlükə barədə məlumatlandırılıb.

 

“Politico” məlumat verir ki, Bayden administrasiyası erkən aşkaretmə sistemləri və maskalar üçün istehsalat güclərinə investisiyaların artırılması üzrə planlar işləyib hazırlayır.

 

Bəs Rusiyanın hansı kimyəvi silahı var?

 

Kremlin və şəxsən Putinin rəsmi bəyanatlarına inansaq, 2017-ci ildən Rusiyanın kimyəvi silahı yoxdur və 40 min ton sovet ehtiyatı məhv edilib. Gerçəklik isə bəlli deyil. Eyni zamanda SSRİ-nin silahlanmasında olan ən geniş yayılan döyüş zəhərləyici maddələrin şifrələri bəllidir. Bunlar iprit, fosgen, lyuizit, adamsit, zarin, zoman, tabun, xinuklidil-3-benzilat, VR-P maddələridir.

 

Məlumatda deyilir ki, Pentaqon Kiyevə hərbi yardım çərçivəsində kimyəvi, bioloji və nüvə mühafizəsi vasitələri də tədarük edib.

Mənbə

Share: