Rusiya ukraynalı hərbçiyə 12 il həbs verdi 

Rusiya məhkəməsi Ukrayna hərbçisinə 12 il həbs verib.

 

Modern.az yerli mətbuata istinadən xəbər verir, o, sərt rejimli həbsxanaya göndərilib.

 

Hərbçi hərbi cinayətlərdə ittiham olunur. Andrey Neznamov adlı hərbçi Ukrayna Silahlı Qüvvələrinin motoatıcı briqadasında xidmət edib.

 

Rusiya İstintaq Komitəsi iddia edir ki, ötən il mayın 25-də Neznamov mətbəxin pəncərəsindən qumbara atıb, nəticədə bir nəfər xəsarət alıb.

Mənbə

Share: