Yunanıstan XİN ekstradisiya edilən vətəndaşa görə Türkiyəyə təşəkkür edib

Yunanıstan Xarici İşlər Nazirliyi (XİN) Yunanıstan vətəndaşının ekstradisiyasının təşkili üçün Türkiyəyə təşəkkür edib.

Bu barədə Yunanıstan XİN-in “Twitter” hesabında bildirilib.

“Son məlumata görə, Tempidəki faciəvi qəza qurbanlarından birinin atası, Türkiyədən Yunanıstana ekstradisiya edilən Yunanıstan vətəndaşı sağ-salamat Yunanıstana çatıb və sabah oğlunun dəfn mərasimində iştirak edəcək. Yunanıstan bu humanitar müraciətə müsbət cavab verən Türkiyə hökumətinə və Türkiyə rəsmilərinə səmimi təşəkkürünü bildirir”, – paylaşımda qeyd olunub.



Mənbə

Share: