“Rusiyada amansız qiyam yetişir… – Putinin sonu yaxındır…”-Dumanın keçmiş üzvü… -VİDEO

 

Rusiyalı müxalifətçi, Dövlət Dumasının sabiq üzvü İlya Ponomaryov hesab edir ki, Rusiyada amansız qiyam yetişir. “Təcavüzkar ölkənin prezidenti Putin özü rusları ona qarşı çıxmağa hazır olmaq dərəcəsinə çatdırıb. İlk etirazlara müharibəyə silahsız və təlimsiz göndərilən səfərbər olunanlar başlaya bilər…”

Milletinsesi.az “UNİAN”a istinadla xəbər verir ki, Ponomaryov bu fikirləri  Ukraynanın “FREEDOM” verilişində söyləyib.

“İndi də diktator vəziyyəti düzəltməyə çalışır, amma buna nail ola bilmir. Mən deyirəm ki, onlar özlərinə quyu qazırlar. Yəni Putinin sadəcə olaraq ümidi var ki, o, bu vəziyyəti ona qədər hansısa yolla həll edə bilər. O, həqiqətən də yavaş-yavaş rus xalqını “işə salır” – bu, faktdır.  Bu, doğrudan da ərazisi böyük olan xalqın xüsusiyyəti ilə bağlıdır. Belə ölkədə həmişə harayasa sığınmaq imkanı var. “Bu, öz-özünə həll ediləcək” və sairə kimi düşüncələr… Amma  artıq “heç nə həll olunmayacaq” anlayışı baş qaldıranda bu mənasız və amansız qiyam üzə çıxır”, – deyə müxalifətçi hesab edir.

Ponomaryovun sözlərinə görə, o, artıq Putinin həyatının yaxında bitəcəyinə şübhə etmir. Yeganə sual hər şeyin nə qədər tez olacağıdır. Müxalifətçi Rusiya Federasiyasında kəskinləşmələrin bir neçə dəfə baş verəcəyini də qeyd edib.

“Mənim nikbinliyim və bədbinliyim dəyişikliklərin təbiətinə deyil, yalnız vaxta aiddir. Əminəm ki, biz bu pisliyi tezliklə bitirəcəyik … Hələ müharibənin əvvəlində də (Rusiya Federasiyasının Ukraynaya tammiqyaslı təcavüzü  – “UNIAN”) demişdim ki, mənim fikrimcə, bu il oktyabrın 7-dəki növbəti ad günü Putinin sağlığında qeyd edəcəyi sonuncu doğum günü olacaq.  Bu proqnozu qüvvədə saxlayıram. Düçünürəm ki, Rusiyada bir neçə kəskinləşmə dalğası olacaq. Biri qışdan dərhal sonra, yazın əvvəlində, aprel-mayda olacaq. İkincisi ənənəvi olaraq yayın sonunda gözlənilir. Və mənə elə gəlir ki, buna çox yaxşı hazırlaşmalıyıq. Çünki biz, Rusiya müxalifəti, gözləməməliyik ki, Vladimir Vladimiroviçin cəsədi bizim yanımızdan sadəcə üzərək keçəcək. Və ümumiyyətlə, Ukrayna üçün də eyni şeyi etmək faydalı olardı, çünki əks halda onlar(Putin işğalçıları- S.L.) qayıdacaqlar” – Ponomaryov belə hesab edir.

Sultan Laçın

Mənbə

Share: