“Rusiyada, böyük ehtimalla, İranın pilotsuz uçuş aparatları tükənib”

“Rusiya qanadlı raketlər qıtlığını kompensasiya etmək üçün PUA-lar kampaniyasını düşünüb, amma bu yanaşma məhdud uğur qazandırıb…”

 

“Rusiya PUA-lardan indi də tibb müəssisələrinə idarəedilən döyüş sursatları ilə zərbələr barədə düşünür…”

 

“Rusiya ölkə daxilində qanadlı raketləri istehsal etməkdənsə, xaricdən PUA-lar almağı daha tez bacaracaq…”

 

Rusiyanın Ukrayna infrastrukturuna zərbələr endirmək üçün İranın pilotsuz uçuş aparatlarından istifadə etməsi məhdud uğurla yadda qalıb. Onların ehtiyatı, böyük ehtimalla, artıq tükənib.

 

Moderator.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi “Twitter”də məlumat yayıb.

 

Məlumatda qeyd edilir ki, sentyabr ayından Rusiya Ukraynaya qarşı İran istehsalı olan yüzlərlə pilotsuz uçuş aparatlarından (PUA) istifadə edib. Onlar birdəfəli PUA-larla daha ənənəvi olan təkrar istifadə edilən hərbi sistemlərin qarışığıdır.

 

Britaniya kəşfiyyatının məlumatına görə, Rusiya bu silahdan taktiki hərbi hədəflərə və Ukraynanın elektrik şəbəkəsinə qarşı geniş surətdə istifadə edib. Lakin son zamanlar Rusiya komandanlığı, ehtimal ki, İran istehsalı olan PUA-lardan istifadədə tibbi müəssisələrə mümkün hədəflər kimi üstünlük vetilməsini və idarəedilən döyüş sursatları ilə onlara zərbə endirilməsini də istərdi.

 

“Rusiya, ehtimal ki, PUA-larla bağlı kampaniyanı ona gorə düşünüb ki, qanadlı raketlərin kəskin qıtlığını kompensasiya etsin, lakin bu yanaşma məhdud uğur qazandırıb. Buraxılan PUA-ların əksəriyyəti məhv edilib”, – məlumatda deyilir.

 

PUA-ların zərbələri haqqında 2022-ci ilin noyabrın 17-dən açıq məlumat olmayıb.

 

“Rusiyanın, ehtimal ki, cari ehtiyatı, tükənib, lakin, ehtimal ki, ehtiyatlarını doldurmaq yollarını axtaracaq. Rusiya, ehtimal ki, ölkə daxilində yeni qanadlı raketləri istehsal etməkdənsə, xaricdən PUA-lar almağı daha tez bacaracaq”, – Britaniyanın müdafiə nazirliyi belə hesab edir.

Mənbə

Share: