Rusiyada jurnalisti səfərbərliyə çağırdılar

Rusiyanın Kalininqrad vilayətinin “Baltika” futbol klubunun mətbuat katibi Sergey Kandalov səfərbərliyə çağırılıb.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Kandalov bir müddət əvvəl hərbi komissarlıqdan çağırış vərəqəsi aldığını bildirib.

 

“İndi səfərbərlik yerinə yola düşməyə hazırlaşıram. Silahlı qüvvələrə çağırılan ilk mətbuat xidmətinin rəhbəri olacağam. Cümə günü çağırış yerində olacam. Möhlət əldə etmək üçün heç kimə ağız açmamışam”.

 

Kandalovun 42 yaşı var. O, Rusiya Jurnalistlər İttifaqının üzvüdür.

Mənbə

Share: