“Rusiyada yeni səfərbərlik dalğası gözlənilir”

 

“Rusiyanın dövlət qurumları öz əməkdaşlarını səfərbərlik üzrə ixtisasartırma proqramlarına göndərməkdə davam edir…”

“Hərbi komissarlıqlar gələn ilin yanvar ayına çağırış vərəqələri göndərir…”

“Bu dəfəki səfərbərlik ümumi olacaq…”

Rusiyada yeni səfərbərlik dalğası gözlənilir. Bu, Ukrayna cəbhəsinə göndəriləcək Rusiya qoşunlarının keyfiyyətini xeyli pisləşdirəcək.

Milletinsesi.az xəbər verir ki, bu barədə Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) analitikləri bəyan edib.

Onlar öz gümanlarını bir neçə mülahizələrlə əsaslandırıb.

Analitiklər “Poliqon” müstəqil internet nəşrinin araşdırmasına istinad edib.

Portalın jurnalistləri yazıb ki, Rusiyanın bir çox dövlət qurumları öz əməkdaşlarını “səfərbərlik üzrə ixtisasartırma” proqramlarına göndərməkdə davam edir.

Müharibəni öyrənən İnstitut həmçinin tezliklə səfərbərlik tədbirlərinin bərpası haqqında məlumat verən Telegram-kanalların məlumatlarına istinad edir.

O cümlədən, Kremlyönlü blogerlər də yeni əsgərlərin növbəti partiyasının kütləvi çağırışına hazırlıq barədə yazmağa başlayıb.

Onların məlumatına görə, bu dəfə səfərbərlik ümumi olacaq.

Analitiklər məlumat verir ki, artıq indidən hərbi komissarlıqlar tərəfindən gələn ilin yanvar ayına çağırış vərəqələri göndərilir.

Müharinəni öyrənən İnstitut qeyd edir ki, Moskva vilayətinin Odintsovo qarnizon hərbi məhkəməsi ehtiyatsızlıq ücbatından təsdiq edib ki, formal olaraq bitməsinə rəğmən, səfərbərlik davam edir.

Bu məhkəmə hərbi qulludçu Aleksandr Leşkovu rəisin təhqir olunması və hərbi xidmət vəzifələrinin icrası zamanı onu döyməsi səbəbindən həbs edib.

Odintsovo məhkəməsi hesab edir ki, bu cinayətlər ağırlaşdırıcı hallarda baş verib, çünki “səfərbərlik dövründə  törədilib”.

İnstitutut analitikləri güman edir ki, “yaxın aylarda yeni səfərbərlik dalğası, ehtimal ki, Ukrayna cəbhəsinə göndəriləcək Rusiya qoşunlarının ümumi keyfiyyətini pisləşdirəcək”.

Mənbə

Share: