![Rusiyadan Türkiyəyə veriləcək S-400-lə bağlı qərar](https://milletinsesi.az/wp-content/uploads/;https://cdn.axar.az/2017/02/20/s400.jpg)
Rusiyadan alınan S-400 zenit raket komplekslərini idarə edəcək təxminən 100 türk əsgəri bu ayın sonunda Rusiyadakı hərbi bazalardan birində təlimlərə başlayacaq.
Axar.az xəbər verir ki, bu barədə TASS yazıb.
Sözügedən təlimlərin təxminən 5 ay davam edəcəyi bildirilir.
Türk əsgərlərin mart ayının ortalarında eyni hərbi bazada təlimlərə başlayan çinli əsgərlərlə birlikdə olacağı qeyd edilib.