“Rusiyalıların cəbhədə Ukrayna dronları ilə mübarizədə problemləri yaranıb”

“Rusiya qəsbkarları Ukrayna dronları ilə mübarizə üçün mobil atəş qrupları formalaşdırır…”

 

“Qəsbkarların Ukrayna dronlarının gözlənilən uçuş trayektoriyaları boyunca yaxın mənzilli hava hücumundan müdafiə sistemlərinin uyğun yerləşdirilməsində çətinliklər yaranıb…”

 

Ukrayna Silahlı Qüvvələri bacardıqları yerlərdə dronlardan fəal surətdə istifadə edir, rusiyalı işğalçılar isə Ukrayna dronlarına qarşı müdafiəni gücləndirir.

 

Moderator.az xəbər verir ki, bu barədə Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) növbəti hesabatında deyilir.

 

Analitiklər əmindir ki, onlar kifayət qədər sayda mobil atəş qruplarını yerləşdirməyə çətin ki, nail olsun.

 

ISW məlumat verib ki, Rusiyanın “İzvestiya” nəşri hərbi mənbələrə istinadən yazıb ki, işğalçılar qeyri-müəyyən ümumqoşun orduları, habelə Hərbi- Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələri ordularının tərkibində dronlarla mübarizə üçün mobil atəş qrupları formalaşdırır.

 

İşğalçılar teplovizorlar, radioelektron mübarizə sustemləri və pikaplarda yerləşdirilən pulemyotlarla təchiz ediləcək.

 

Hələlik rusiyalıların bu mobil qrupları harada yerləşdirmək niyyəti, həmçinin onların tərkibi və eşelonlaşdırılması bəlli deyil.

 

Ekspertlərin fikrincə, qəsbkarlar həm Ukraynanın işğal edilən ərazilərində, həm də neft emalı zavodları və Rusiyanın hərbi səylərinə dəstək verən digər kritik infrastrukturunda Ukrayna dronlarının təhlükəsi ilə üzləşir.

 

Hələlik bu mobil qrupların Ukrayna dronlarının hücum etdiyi əraziləri müdafiə edə biləcəyi aydın deyil.

 

KİV-lərin məlumatına görə, Rusiyanın mobil qrupları 2023-cü ilin yazından fəal şəkildə istifadə edilən Ukraynanın  mobil qruplarına bənzəyir.

 

“Ukrayna qüvvələri artıq çoxdandır ki, dronlarla Ukraynanın işğal edilmiş hissəsində Rusiyanın hədəflərinə zərbələr endirir və Rusiya hərbi komandanlığının mobil atəş qrupları formalaşdırmaq qərarı, ehtimal ki, Ukrayna dronlarının fevral-mart aylarında Rusiyanın neft emalı zavodlarına zərbələrinin intensivləşməsinə cavabıdır”, – analitiklər qeyd edib.

 

Onlar güman edir ki, işğalçıların Ukrayna dronlarının gözlənilən uçuş trayektoriyaları boyunca yaxın mənzilli hava hücumundan müdafiə sistemlərinin uyğun yerləşdirilməsində çətinliklər yaranıb.

 

Bu zaman rusiyalı hərbçilər, görünür, Rusiyanın yaxşı müdafiə olunan rayonlarında mühüm potensial hədəfləri qoruya bilmir.

 

Rusiyanın Ukrayna zərbələrindən müdafiəsi

 

Hərbi ekspertlər hələ ilin əvvəlində məlumat verib ki, Rusiyanın hava hücumundan müdafiə sistemləri USQ-nin kiçik ucuz dronlarına qarşı az effektlidir. Bu dronlar çox səmərəlidir, çünki onları aşkar etmək çətindir.

 

Ukraynanın suüstü dronları hətta Rusiyanın Suriyadakı qruplaşmalarının təchizatını çətinləşdirib. 

 

Rusiya hələlik Qara dənizlə silahı Suriyaya və ya Suriyadan daşımağa risk etmir və bunu Atlantika vasitəsilə edir.

 

Fevral ayında Ukraynanın FPV dronları işğalçıların radio-elektron mübarizə sistemlərindən yan keçməyi öyrənib.

 

Neft emalı zavodlarına hücumlarla bağlı Britaniya kəşfiyyatı qeyd edib ki, Rusiya özünün bütün neft emalı zavodlarını çətin ki, Ukrayna dronlarından qoruya biləcək.

Mənbə

Share: