Rusiyanın itkiləri açıqlandı

Rusiyanın Ukraynaya hücumunun Müharibənin 42-ci günündə Rusiyanın itkiləri haqda məlumat yenilənib.

Millətin Səsi.az  xəbər verir ki, 6 aprel tarixinə olan məlumat Ukrayna Baş Qərargahının sosial şəbəkə hesabında paylaşılıb.

Məlumatsa deyilir; Rusiya 24 fevraldan indiyə qədər 18.600 əsgər, 684 tank, 1861 hərbi zirehli maşın, 332 artilleriya sistemi, 107 reaktiv yaylım atəş sistemi, 55 HHM sistemi, 150 təyyarə, 135 helikopter, 1324 avtomobil texnikası, 7 gəmi/kater, 76 yanacaq-sürtkü sisterni, 96 PUA, 25 xüsusi texnika və 4 operativ taktiki raket kompleksi itirib.

Share: