
“Biz birlikdə qitəmizi sabitliyə və güvənliyə qaytara bilərik və bunu etməliyik, nəhayət, normal, dinc, ədalətli həyata qovuşmalıyıq…”
“Bir tərəfdən Ukraynaya yardım etmək, digər tərəfdən bu qatildən pullar qazanmaq o qədər də ağıllı davranış deyil…”
Təcavüzkar ölkə olan Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibəsində məğlub olmalıdır.
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Putin fevralın 24-də Kiyevdə Qərb ölkələri və Avropa İttifaqı liderləri ilə birgə mətbuat konfransında bəyan edib. Məlumatı “gordonua.com” nəşri yayıb.
“Putin bundan sonra da məğlub olub itkilərə məruz qalmalıdır ki, Ukraynada, Avropada, azad dünyada biz birlikdə, nəhayət, normal, dinc, ədalətli həyata qovuşaq”, – o, deyib.
Prezident Ukraynaya bununla bağlı yardım edən hər kəsə minnətdarlığımı bildirib.
“Biz məhz 2024-cü ildə bir çox cəhətlərinə görə həm Ukrayna, həm bütün Avropa və dünya üçün gerçək və uzunmüddətli təhlükəsizliyi bərpa etmək üçün bütün mümkün və bizdən asılı olanları etməliyik.
Rusiyanın Ukraynaya hərbi müdaxiləsi həqiqətən dünya nızamını alt-üst edib, lakin biz qitəmizi sabitliyə və güvənliyə qaytara bilərik və qaytarmalıyıq”, – Zelenski bəyan edib.
Onun sözlərinə görə, Avropa İttifaqının Ukraynaya dəstəyi “birləşmiş Avropanın Putinin bircə şantajına belə tabe olmayacağının” sübutudur.
“Biz birlikdə Avropamızı Rusiya təcavüzünün bütün formalarından qorumalıyıq”, – Zelenski vurğulayıb.
Zelenski Rusiyaya qarşı sanksiyalara riayət edilməsinin zəruriliyini izah edib. O, qeyd edib ki, təcavüzkarı və onun prezidenti Vladimir Putini sanksiyaların köməyilə təcrid etmək lazımdır.
“Əgər biz siyasi təcriddən, sanksiyalardan danışırıqsa, biz hamımız Rusiyanın həqiqətən təcriddə olduğunu bilməliyik.
Ukrayna prezidenti hesab edir ki, “bir tərəfdən Ukraynaya yardım etmək, digər tərəfdən bu qatildən pullar qazanmaq o qədər də ağıllı davranış deyil”.
“Sanksiyalarla təcrid də çox vacibdir. Əgər biz sanksiyalar tətbiq ediriksə, o zaman onları bu müharibədə günahkar olanlara, müxtəlif vasitələrdən, o cümlədən energetikadan Ukraynaya qarşı istifadə edənlərə, bu müharibədən qazanc əldə edənlərə qarşı tətbiq etməliyik. Mən hesab edirəm ki, bu, tamanilə doğrudur”, – Zelenski bəyan edib.
Zelenski daha sonra vurğulaylb ki, Ukraynaya beynəlxalq yardım vaxtında daxil olmalıdır.
“Birincis, hər şey, necə deyərlər, in time (vaxtında) olmur, amma bu, çox vacibdir. İkincisi, bu, şübhəsiz, hamı üçün çətindir, mən qınamıram, amma Ukraynaya mülki insanlar və hamı üçün HHM çatışmır.
Bu, cəbhə üçün vacibdir, lakin uşaqları, məktəbləri, universitetləri, xəstəxanaları hava hücumundan müdafiə olmadan qorumaq çox çətindir. Bunun üçün biz bütün səylərimizi birləşdirməliyik”, – Zelenski deyib.
O cümlədən, prezident deyib ki, bu, Xarkova atəşlər açılmaması üçün lazımdır.
“Orada uzaqvuran silah lazımdır, çünki rusiyalılar elə məsafədə dayanıb ki, onlar insanlarımıza zərər vura bilir, amma biz onların layiqli cavabını verə bilmirik”, – Zelenski vurğulayıb.