Şəhidlərin abidəsi önündə tələbə qızın çıxışı hamını kövrəltdi

Yardımlı rayon Anzov kəndində şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədi ilə inşa edilən abidə kompleksinin açılışı oldu.

Millətin Səsi.az xəbər verir ki, açılış mərasimində şəhidlərin ailə üzvləri, qazilər, rayon ictimaiyyəti, gənclər və KİV nümayəndələri iştirak edib.
Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himnimiz səsləndirilib. Şəhid ailəlrinin, rayon ağsaqqalların, ziyalıların çıxışları dinlənilib.
Tədbirdə iştirak edən BDU-nun ikinci kurs tələbəsi Nuray Şəkərlinin çıxışı hər kəsi kövrəldib.

O, şəhidlərimizin hər birinin döyüş yolu haqqında məlumat verib,  onların göstərdikləri şücaət və qəhrəmanlıqlarından söz açıb. Sonra məktəblilərin  ifasında şeirlər səsləndirilib.

Abidə kompleksi torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə Anzov kəndinin şəhid olan 5 nəfərin simasında bütün şəhidlərimizin şərəfinə ucaldılıb.

Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

Share: