Sabahın havası: yollar buz bağlayacaq

 

Azərbaycanda 26 dekabrda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Milletinsesi.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə və səhər bəzi yerlərdə çiskinli olacağı ehtimalı var.

Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 7-9° isti, Bakıda gecə 5-7° isti, gündüz 8-10° isti olacaq.

Atmosfer təzyiqi 765 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında, əsasən yağmursuz. Lakin gündüz bəzi şərq rayonlarında yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 6-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq. Gecə dağlıq rayonlarda yollar buz bağlayacaq.

 

Share: