
Hadisə Sabirabad rayonunun Qaragüney kəndində qeydə alınıb.
Sabirabad sakini Firudin Əhmədov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə rayonun Qaragüney kənd sakini İmanov Tahir Qurban oğlunu vurub.
Piyada müxtəlif xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.