Salahdan yeni rekord

Salahdan yeni rekord

“Liverpul”un futbolçusu Məhəmməd Salah üçün İngiltərə Premyer Liqasının 36-cı turunda “Haddersfild”lə oyun (5:0) əlamətdar olub.

Qol.az-ın məlumatına görə, misirli hücumçu klubun tarixində ilk 100 matçda ən qol vuran oyunçu olub. O, 100 oyunda 69 qol vurub. Bu isə rekord göstəricidir.

Bundan əvvəl Rodjer Hant və Sem Reybould  ilk 100 görüşdə 68 dəfə fərqlənmişdi.

Qeyd edək ki, M.Salah “Haddersfild”lə matçda dubla imza atıb.

Share: