Şamaxı yolunda “RAV 4” aşdı, ölən və yaralanan var

Bakı-Şamaxı yolunda ağır yol qəzası baş verib.

Milletinsesi.az Trend-ə istinadən xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində baş verib.

Bakı şəhər sakini – 1967-ci il təvəllüdlü Alıyev Arif Mustafa oğlu idarə etdiyi “RAV 4” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarındakı dirəyə çırpılaraq aşıb. Sürücü hadisə yerində ölüb, sərnişini – Şamaxı rayon sakini İsayev Əbilxan Şahib oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Share: