Seulda ölənlərin sayı 153-ə çatıb

Cənubi Koreyanın Seul şəhərində şənlik zamanı yaranan kütləvi izdihamda ölənlərin sayı 153 nəfərə çatıb.

 

“Report” xəbər verir ki, bu barədə “Yonhap” xəbər agentliyi məlumat yayıb.

 

Ölənlər arasında 97 qadın var.

 

Xatırladaq ki, oktyabrın 29-da axşam saatlarında kafe və restoranların, gecə klublarının yerləşdiyi ərazidə təxminən 100 min nəfərin iştirak etdiyi Hellouin şənliklərində izdiham yaranıb. Nəticədə 151 nəfər ölüb, 19-u ağır olmaqla 82 nəfər müxtəlif dərəcədə xəsarət alıb. Həyatını itirənlər arasında Çin, Norveç, İran və Özbəkistan, Rusiya vətəndaşları da var. Hadisədə ölənlərin çoxunun 30 yaş civarındakı gənclər olduğu bildirilir.

 

06:50

Cənubi Koreya hakimiyyəti Seulda Hellouin bayramının qeyd edilməsi zamanı şəhərin mərkəzindəki İtxevonda baş verən izdiham nəticəsində 19-u əcnəbi olmaqla 151 nəfərin öldüyünü təsdiqləyib.

 

“Report” xəbər verir ki, bu barədə bazar günü ölkənin fövqəladə xidmətlərinə istinadən “News-1” agentliyi məlumat yayıb.

 

Qeyd edilir ki, 82 yaralıdan 19-nun vəziyyəti ağırdır. Daha əvvəl 149 nəfərin öldüyü, 76 nəfərin yaralandığı bildirilirdi.

 

“Yonhap” agentliyinin Cənubi Koreya hakimiyyətinə istinadən verdiyi məlumata görə, izdihamın qurbanı olan azı 19 əcnəbi, o cümlədən İran, Çin, Norveç və Özbəkistan vətəndaşlarıdır. Daha əvvəl ölən iki əcnəbi haqqında məlumat verilmişdi. Ölənlər arasında həmçinin Rusiya vətəndaşları da var. Hadisə zamanı Rusiyanın daha 1 vətəndaşı xəsarət alıb.

 

02:04

Cənubi Koreya rəsmiləri Hellouin bayramı münasibətilə Seulun mərkəzindəki İtxevon küçəsində yaranan izdiham nəticəsində azı 149 nəfərin öldüyünü, daha 150 nəfərin yaralandığını, 76 nəfərin isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyini təsdiqləyib.

 

“Report” xəbər verir ki, bu barədə bazar günü YTN telekanalında Seulun xilasetmə xidmətlərinin nümayəndəsi məlumat yayıb.

 

Məlumata görə, ölənlər arasında iki əcnəbi də var. Onların milliyyəti barədə məlumat verilmir.

 

Bundan əvvəl fövqəladə xidmətlərə istinadən azı 146 nəfərin öldüyü və 150 ​​nəfərin yaralandığı barədə məlumat verilib.

 

Polis şənbə günü İtxevonda təxminən 100 000 insanın toplaşdığını təxmin edib.

 

29.10.2022. 23:35

Cənubi Koreyanın paytaxtı Seulun mərkəzində Hellouin bayramı zamanı baş verən izdiham nəticəsində ölənlərin sayı 146 nəfərə çatıb.

 

“Report” xəbər verir ki, bu barədə YTN telekanalı məlumat yayıb.

 

Yaralı sayının azı 150 nəfər olduğu deyilir.

 

Daha əvvəl azı 120 nəfərin öldüyü və 100 nəfərin yaralandığı bildirilirdi.

 

22:33

Cənubi Koreyanın paytaxtı Seulun mərkəzində Hellouin bayramı zamanı baş verən izdiham nəticəsində ölənlərin sayı 120 nəfərə çatıb.

 

“Report” xəbər verir ki, bu barədə “Yonhap”  agentliyi məlumat yayıb.

 

Bundan əvvəl 59 nəfərin öldüyü, azı 150 nəfərin yaralandığı bildirilirdi.

 

Daha əvvəl açıqlanan məlumata görə, 50-yə yaxın insanda ürək dayanması diaqnozu qoyulub.

 

Hadisə yerinə onlarla təcili yardım və polis əməkdaşı gəlib. Prezident Yun Sok Yol və Baş nazir Han Dok Su hadisəyə reaksiya verərək tibb mütəxəssislərini lazımi yardım göstərməyə çağırıblar.

 

Agentliyin məlumatına görə, şəhər meri O Se Xun Avropaya səfərini ləğv etmək qərarına gəlib. Polis şənbə günü əraziyə 100 minə yaxın insanın toplaşdığını təxmin edir.

 

21:40

Cənubi Koreya hökuməti Seulun mərkəzində Hellouin bayramı münasibətilə yaranan izdiham nəticəsində azı 59 nəfərin öldüyünü, azı 150 nəfərin yaralandığını təsdiqləyib.

 

“Report” xəbər verir ki, bu barədə şənbə günü fövqəladə xidmətlərə istinadən “Yonhap” agentliyi məlumat yayıb.

 

Bundan əvvəl KBS telekanalı iki nəfərin öldüyünü bildirib.

 

Qeyd edək ki, daha əvvəl açıqlanan məlumata görə, 50-yə yaxın insanda ürək dayanması diaqnozu qoyulub.

 

Hadisə yerinə onlarla təcili yardım və polis əməkdaşı  gəlib. Prezident Yun Sok Yol və Baş nazir Xan Dok Su hadisəyə reaksiya verərək tibb mütəxəssislərini lazımi yardım göstərməyə çağırıblar.

 

“Yonhap” agentliyinin məlumatına görə, şəhər meri O Se Xun Avropaya səfərini ləğv etmək qərarına gəlib. Polis şənbə günü əraziyə 100 minə yaxın insanın toplaşdığını təxmin edir.

 

21:01

Cənubi Koreyanın Seul şəhərində Hellouin bayramı şənliyində yaranan izdiham zamanı azı 20 nəfər ölüb.

 

“Report” xəbər verir ki, bu barədə “Mirror” Cənubi Koreya mətbuatına istinadən məlumat yayıb.

 

İzdiham zamanı xəsarət alanların sayı 100-ə çatır. Hadisə yerinə onlarla təcili yardım maşını və polis gəlib. Ölkə prezidenti və baş nazir tibb mütəxəssislərini lazımi yardım göstərməyə çağırıblar.

 

Bundan əvvəl Seulda keçirilən Hellouin bayramında azı 50 nəfərin xəsarət aldığı bildirilirdi.

 

Hər il oktyabrın sonuncu şənbə günü minlərlə insan Hellouin bayramını qeyd etmək üçün toplaşır.

Mənbə

Share: