![Skott Parkerlə yeni müqavilə](https://milletinsesi.az/wp-content/uploads/;http://qol.az/img/pics/large/115175.jpg)
“Fulhem”in yeni baş məşqçisi müəyyənləşib.
Qol.az klubun saytına istinadən xəbər verir ki, fevralda müvəqqəti olaraq baş məşqçi təyin edilən Skott Parker vəzifəsində qalıb. Klubun rəsmi saytı 38 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalandığını açıqlayıb.
Parkerin rəhbərliyi altında komanda 9 oyunun 3-də qələbə qazanıb.
Qeyd edək ki, İngiltərə millisinin sabiq üzvü futbolçu karyerasında “Fulhem”in kapitanı da olub.