Skott Parkerlə yeni müqavilə

Skott Parkerlə yeni müqavilə

“Fulhem”in yeni baş məşqçisi müəyyənləşib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, fevralda müvəqqəti olaraq baş məşqçi təyin edilən Skott Parker vəzifəsində qalıb. Klubun rəsmi saytı  38 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalandığını açıqlayıb.

Parkerin rəhbərliyi altında komanda 9 oyunun 3-də  qələbə qazanıb.

Qeyd edək ki, İngiltərə millisinin sabiq üzvü futbolçu karyerasında “Fulhem”in kapitanı da olub.

Share: