Şolts Putinlə danışmaq istəyir 

Almaniya kansleri Olaf Şolts yaxın vaxtlarda Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparmağı planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə o, Nürnberqdəki çıxışında bildirib.

 

“Mən bunu yaxın gələcəkdə yenidən etməyi planlaşdırıram”, – Şolts deyib. O, əlavə edib ki, “danışıqlar normaldır, söhbət kimin kiminlə nə barədə danışıqlar aparmasından gedir”.

 

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinlə Olaf Şoltü arasında telefon danışığının planlaşdırılıb-planlaşdırılmadığı ilə bağlı sualına belə cavab verib: “Xeyr. Hələ yox”.

Mənbə

Share: