“Son 30 il ərzində Azərbaycan ilə ABŞ arasında münasibətlər tərəfdaşlıq səviyyəsinə çatıb”

“Son 30 il ərzində Azərbaycan ilə ABŞ arasında münasibətlər tərəfdaşlıq səviyyəsinə çatıb”

30 illik əməkdaşlıq nəticəsində Azərbaycan ilə Amerika Birləşmiş Ştatları (ABŞ) arasında ikitərəfli münasibətlər tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Bunu ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Hüqo Gevara ABŞ-nin müstəqilliyinin 247-ci ildönümünə həsr olunmuş tədbirdə deyib.

“Ölkəmiz 247 il əvvəl müstəqilliyini elan edəndə dünyanın ucqar guşəsində yerləşən 13 kiçik dövlətin dünya dövlətlərinin dost və tərəfdaşına çevriləcəyini çox adam təsəvvür edə bilməzdi”, – o deyib.

Tədbirin builki mövzusu ölkənin mədəni və coğrafi müxtəlifliyini simvolizə edən 4 şəhəri – Las-Veqas, Yeni Orlean, Nyu-York, San-Fransiskonu əks etdirən “Amerikaya səyahət” olub.

Mənbə

Share: