“Ştaynmayer Putinin bütün ümidlərini puça çıxarıb”

“Qərbdə Putinyönümlü qüvvələr hələ tam məğlub olmayıb, onlar ultrasağ və ultrasol spektrdən, biznesdən üzə çıxır…”

“Bu gün bütün dünyada Ukraynanın bu savaşda qalib gəlməsi zərurəti ətrafında konsensus formalaşıb…”

“Blitskriq alınsaydı, Rusiya Qərblə güc mövqeyindən danışıqlara bel bağlaya bilərdi, amma bu, baş verməyib…”

“Gələn ilin yazında Rusiyanın tammiqyaslı hərbi əməliyyatlar aparmaq imkanı olmayacaq…”

Rusiya ordusu, böyük ehtimalla, Ukrayna çöllərində donacaq, nəinki Almaniya Rusiya ilə danışıqlara gedəcək…

Almaniya prezidenti Frank-Valter Ştaynmayer oktyabrın 28-də alman millətinin qarşısında çıxış edərək siyasətçilərin müharibəyə son qoyulması üçün işğalçı ölkəyə güzəştə getmək zərurəti söhbətlərinin altından xətt çəkib.

Milletinsesi.az xəbər verir ki, bu fikri “QORDON” internet nəşrinin təsisçisi Dmitri Qordona müsahibəsində rusiyalı şahmatçı və müxalif siyasətçi, şahmat üzrə 13-cü dünya çempionu Harri Kasparov ifadə edib.

Qordon etiraf edib ki, Ştaynmayerin Rusiya ilə yaxınlaşmaq siyasətini yanlış adlandırdığı və Ukraynaya qələbə üçün yardım etməyi vəd etdiyi nitqi onu heyrətə gətirib.

“Bu, məşhur düsturun müəllifi olan, Ukraynanı Minsk razılaşmalarını icra etməyə daima sürükləyən və Rusiyanı çox sevən Ştaynmayer üçün inqilabi nitq olub. Deyə bilərsinizmi, Qərb Putinlə körpüləri birdəfəlik yandırıb, yoxsa hələ də nəsə mümkündür?”, – Qordon Kasparovdan soruşub.

Müxalif siyasətçi Qərbin davranışları ilə bağlı son nəticələrə gəlməyə tələsməməyə çağırış edib.

“Nə deyim, ilk təəssürat belə olub: “Bu, sondur! Ştaynmayer deyib, vəssalam”. Lakin anam məni öyrədib ki, saatlar dayanmadan, partiya bitməz. Müharibə davam edir. Qərbdə Putinyönümlü qüvvələr heç də tam məğlub olmayıb. Onlar onsuz da müxtəlif yerlərdən-ultrasağ və uktrasol spektrdən, biznesdən üzə çıxır”, – Kasparov deyib.

O, dəqiqləşdirib ki, geosiyasi vəziyyət bütövlükdə Ukraynanın xeyrinə olsa da, hələlik incə məqamlar qalmaqdadır.

“Onsus da həmin o qeyri-müəyyənliyin hansısa amilləri var və onlar mənə qəti şəkildə hamının eşitmək istədiyi “Bitdi” sözünü deməyə imkan vermir. Bəli, bu gün belə bir konsensus formalaşıb ki, Ukrayna qalib gəlməlidir. Bu, konsensusdur. Amma may-iyun aylarında səsləndirilən hansısa güzəştlərə getmək, əraziləri vermək barədə söz-söhbətlər…bütün bu söhbətlər bitib. Ştaynmayer onların altından xətt çəkib”, – siyasətçi buna əmindir.

O, əlavə edib ki, əgər Rusiya prezidenti Vladimir Putin blitskriqə nail ola bilsəydi, hər şey başqa cür olacaqdı, o zaman Rusiya Qərblə güc mövqeyindən danışıqlara bel bağlaya bilərdi. Lakin bu, baş verməyib və indi Avropa və dünya tərəfindən “Ukraynanın qələbə qazanması məqsədi qəbul olunub”.

“Burada mən hər hansı geriyə çəkilmə görmürəm. Və Ştaynmayer Putinin Avropada hansısa ciddi dostlarının qalmasına hər hansı ümidlərinin altından  xətt çəkməli olub. Viktor Orbanı, kiprlilərlə maltalıları, prinsipcə, biz hesaba almırıq. Ciddi olaraq onun Almaniyaya, Fransaya, hətta İtaliyaya olan ümidləri puça çıxıb”, – Kasparov bəyan edib.

Ona görə də siyasətçi hesab edir ki, bu gün Putinin “belə müxtəlif oyunlar oynamağa imkanı yoxdur”.

“Bəli, bu gün, deyildiyi kimi, agentura qalıb. Bəli, onların hamısı gizlinə çəkilib. Amma bu gün onların siyasi təsiri minimaldır. Soyuq qış hansısa şans saxlayır ki, dəyişiklik olacaq. Amma mənə elə gəlir ki, Ştaynmayer xətt çəkib. Qış ölümcül olmayacaq. Böyük ehtimalla, Rusiya ordusu Ukrayna çöllərində donacaq, nəinki Almaniya hansısa danışıqlara gedəcək”, – o, buna əmindir.

Kasparov xəbərdarlıq edib ki, “Putin, əlbəttə ki, hələ çox bəla və pislik törədə bilər”. Onun sözlərinə görə, aydındır ki, Ukraynada qış “ən ağır” olacaq, çünki işğalçılar infrastruktura zərbələr endirir. Bundan başqa, Avropada da qış çox ağır olacaq.

“Amma eyb etməz, avropalılar bunu da yaşayacaq, bir kilovata görə bir-iki avro artıq ödəyəcək. Otaqda hərarət iki dərəcə aşağı ola bilər, amma bu, problemi həll etmir. Rusiya iqtisadiyyatı çöküşə doğru gedir. Gələn ilin yazında Rusiyanın tamiqyaslı hərbi əməliyyatlar aparmağa imkanı olmayacaq”, – Kasparov sözlərinə yekun vurub.

Mənbə

Share: