Sumqayıtda 23 yaşlı qız dəm qazından zəhərlənib

Sumqayıtda daha bir nəfər dəm qazından zəhərlənib.

Hadisə şəhərin 5-ci mikrorayonunda baş verib. Şəhər sakini, 1996-cı il təvəllüdlü Seyidova Karına Adrikovna yaşadığı mənzildə dəm qazından zəhərlənib. O, dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ötən gecə isə 2 yeniyetmə dəm qazından zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib. (ONA)

Share: